Oxşar xəbərlər
ABŞ-ın Sudandakı səfirliyinin diplomatik heyəti və ailə üzvləri təxliyə edilib.
Asmedia.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken məlumat verib.
"ABŞ Dövlət Departamenti Sudanın Hartum şəhərindəki səfirliyimizdəki fəaliyyətimizi müvəqqəti olaraq təxirə saldığını, bütün ABŞ personalını və ailələrini təxliyə etdiklərini elan edib. Səfirliyimizdəki fəaliyyətləri təxirə salmaq qərarını vermək hər zaman çətindir. Ancaq personalımızın təhlükəsizliyi mənim üçün birinci dərəcəli məsuliyyətdir", - Blinken bildirib.