Bakıda DƏHŞƏT: "Narkoman" ana 2 yaşlı uşağını parkda qoyub getdi

20-06-2023, 11:53

Bakıda küçədə azyaşlı körpə tapılıb. 
Asmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə paylaşım edib. 
Paylaşımda bildirilib ki, 1940-cı il təvəllüdlü baba və təxmin 2 yaşı olan uşaq gecə saatlarında Nərimanov parkında aşkar edilib. Məlumata görə, uşağın anası narkotik istifadəçisidir.
Bildirilib ki, Kürdəmir rayon sakini olan baba məktəblərin birində direktor vəzifəsində çalışıb.


İstifadəçi paneli