Oxşar xəbərlər
Almaniyada bir dönəmə damğa vuran erotik film ulduzu Annina Semmelhek millət vəkili seçilib.
ASS media.az xəbər verir ki, Federal Dövlət Partiyasından (FDP) seçimlərə qatılan aktrisa 10.4 faiz səs alıb.
Aktrisa, Almaniyanın “Bild” saytına açıqlama verib:
“Çox xoşbəxtəm, çox çətin bir seçki mərhələsi oldu. 1000 qapıya getdik, seçicilərə 2000 məktub göndərdik. 150 poster asdıq. 30 saat sosial mediada çalışdıq. 40 şirkətə baş çəkdik, tədbirlər keçirdik. Məni seçənləri xəyal qırıqlığına uğratmayacağam”.
Qeyd edək ki, aktrisa erotik filmlərlə yanaşı, bir müddət “Biri bizi izləyir” adlı yarışma proqramına qatılıb.
2009-cu ildə erotik filmlərə çəkilməyi dayandırıb və milyoner iş insanı Teodor Semmelheklə evlənib.