2 İyul - Azərbaycan Polisi günü

Bu gün, 00:00

2 İyul – Azərbaycan Polisi Günü

2 iyul Azərbaycan Respublikasında Polis Günü kimi qeyd olunur. Bu tarix 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə ilk dəfə polis orqanlarının yaradılması ilə bağlıdır. Müstəqillik bərpa olunduqdan sonra 1998-ci ildə Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə bu gün rəsmi şəkildə Azərbaycan Polisi Günü elan edildi.

Azərbaycan polisi ictimai asayişin qorunması, cinayətkarlıqla mübarizə, vətəndaşların təhlükəsizliyinin təmin edilməsi və qanunun aliliyinin müdafiəsində mühüm rol oynayır. Polislərimiz gündəlik həyatın keşiyində dayanaraq, vətənə və xalqa ləyaqətlə xidmət edirlər.

Bu əlamətdar gündə bütün polis əməkdaşlarını və veteranlarını təbrik edir, onlara çətin və şərəfli xidmətlərində uğurlar, möhkəm iradə və cansağlığı arzu edirik!

Yaşasın Azərbaycan polisi!



İstifadəçi paneli