Qarabağda erməni əsgərin ölümü ilə bağlı sabiq deputatın oğlu saxlanıldı

2-02-2020, 16:23

Bu barədə Ermənistan İstintaq Komitəsinin sözçüsü Naira Harutyunyan bazar ertəsi öz “Facebook” səhifəsində bildirib. Onun sözlərinə görə, saxlanılanlar David Movsisyan, Xaçik Qasparyan və Spartak Avetisyandır. Asmedia.az“Sputnik Ermənistan”ın məlumatına istinadən xəbər verir ki, saxlanılanlardan biri Ermənistan parlamentinin keçmiş deputatı Arakel Movsisyanın oğludur.
Fevralın 2-də səhər saatlarında Qarabağda ölən əsgər Vaqram Avakyanın qohumları əllərində oğullarının tabutu Yerevana qədər gediblər. Onlar istintaqın oğullarının intihar etməsi versiyası ilə razılaşmırlar. Ermənistanın müdafiə naziri David Tonoyan onlarla görüşüb və işin obyektiv araşdırılacağına söz verib. Danışıqlardan sonra etirazçılar Vaqramı dəfn etmək üçün kəndə qayıtmaq qərarına gəliblər.
Qeyd edək ki, yanvarın 30-da Qarabağda işğalçı ordunun hərbi hissələrindən birində 2000-ci il təvəllüdlü əsgər Vaqram Avakyan ölümcül yaralanmışdı.



İstifadəçi paneli