Məşqçilər seçimini etdi: Azərbaycanda ilin futbolçusu kimdir?

29-12-2019, 22:21

  • Asmedia.az  Oxu.aza  istinadən məlumat verir. 
Premyer Liqada yarışan səkkiz komandanın baş məşqçisi, eləcə də, AFFA Məşqçilər Komitəsinin dörd üzvü ilin futbolçusunu müəyyənləşdirmək üçün sorğuda iştirak edib. Onlardan Azərbaycan Premyer Liqasında oynayan yerli və xarici oyunçuların, eləcə də, ölkədən kənarda çıxış edən azərbaycanlı futbolçulardan ilk “üçlüy”ü qurmaq xahiş olunub.
Maraqlıdır ki, Ayxan Abbasov hər üç futbolçunun adını çalışdırdığı “Sumqayıt”dan çəkib. Daha bir maraqlı məqam odur ki, sorğuda ilk sırada üç məşqçi “Qarabağ”ın Mərakeş əsilli fransalı futbolçusu Abdulla Zubirin adını hallandırıb. Eyni sayda millimizin əsas qapıçısı, hazırda Qazaxıstanın “Tobol” klubuna məxsus olan Emil Balayev də səs toplayıb.
Bu səbəbdən ikinci yerdə ən çox adıçəkilən futbolçulara “müraciət etdik”. Ancaq elə ikinci yerdə də ən çox adıçəkilən futbolçular Zubirlə Emil olub. Hərəyə iki məşqçi onların adını çəkib.
Üçüncü yerdə isə onların adı çəkilməyib.  Aparılan sorğuya subyektivlik qatmış olardı deyə, builki məşqçilərin seçiminə əsasən Azərbaycanda ilin futbolçuları Abdulla Zubirlə Emil Balayevdir.
Yeri gəlmişkən, “Neftçi”nin futbolçusu Emin Mahmudov da bu iki futbolçu qədər – beş dəfə səs toplayıb. Lakin onun adı cəmi bir dəfə birinci sırada, hərəyə iki dəfə ikinci və üçüncü sırada çəkilib. Daha bir maraqlı məqam “Qarabağ”ın hücumçusu Mahir Əmrəliyə dörd məşqçi tərəfindən ilin üçüncü futbolçusu qismində səs verilib. Elə bu il millimizdə parlamış Bəhlul Mustafazadə də Mahir qədər – dörd dəfə səs toplayıb.

Premyer Liqa klublarının baş məşqçiləri
Qurban Qurbanov (“Qarabağ”): 1. Abdulla Zubir, 2. Emin Mahmudov, 3. Mahir Əmrəli
Tərlan Əhmədov (“Keşlə”): 1. Emin Mahmudov, 2. Qara Qarayev, 3. Vüsal İsgəndərli
Ayxan Abbasov (“Sumqayıt”): 1. Vüqar Mustafayev, 2. Əmir Ağayev, 3. Peyman Babayi
Zaur Həşimov (“Zirə”): 1. Maksim Medvedev, 2. Ağabala Ramazanov, 3. Cavid Hüseynov
Jelko Sopiç (“Sabah”): 1. Abdulla Zubir, 2. Emin Mahmudov, 3. Rişard Almeyda
Elmar Baxşıyev (“Qəbələ”): 1. Ramil Şeydayev, 2. Emil Balayev, 3. Bəhlul Mustafazadə
Aftandil Hacıyev (“Səbail”): 1. Emil Balayev, 2. Ağabala Ramazanov, 3. Mahir Əmrəli
AFFA Məşqçilər Komitəsinin üzvləri
Vaqif Sadıqov (sədr): 1. Abdulla Zubir, 2. Emil Balayev, 3. Mahir Əmrəli
Şakir Qəribov: 1. Bəhlul Mustafazadə, 2. Abdulla Zubir, 3. Mahir Əmrəli
Ağasəlim Mircavadov: 1. Emil Balayev, 2. Bəhlul Mustafazadə, 3. Emin Mahmudov
Şahin Diniyev: 1. Emil Balayev, 2. Abdulla Zubir, 3. Bəhlul Mustafazadə
Səbuhi Musayev  


İstifadəçi paneli