"Trabzonspor"un məşqçisi azarkeşlərlə Bəxtiyar Vabahzadənin sözləri ilə sağollaşdı

30-12-2019, 23:17

"Trabzonspor"un baş məşqçisi Ünal Karaman istefa verib.
Asmedia.az Qaynarinfo-ya istinadən xəbər verir ki, azarkeşlərin uzun dirənişindən sonra təcrübəli mütəxəssis komandadan ayrılıb.                                                  
     Ünal Karaman fanatlarla yazılı məktubla sağollaşıb. O, Trabzon valisinə, Böyük Şəhər Bələdiyyə rəhbərlərinə, Daxili İşlər nazirinə, klub prezidenti Əhməd Ağaoğluna, azarkeşlərə xüsusi təşəkkürünü bildirib. 

Ünal Karaman məktubunu Azərbaycan şairi Bəxtiyar Vahabzadənin sözləri ilə bitirib:
     "Şam əgər yanmırsa, yaşamır demək,
         Onun yaşamağı yanmağındadır..."


İstifadəçi paneli