2017-ci ildə keçirilmiş “Formula-1” üzrə Azərbaycan Qran-Prisi son onilliyin “Top-10” yarışına düşüb.
Asmedia.az xəbər verir ki, “Formula-1”in məlumatına görə, 2010-2019-cu illər ərzində 200-ə yaxın yarış keçirilib.
Keçirilən səsverməyə əsasən, 2017-ci ildə Bakıda keçirilmiş yarış “Top-10”da yer alıb. Belə ki, sorğuda iştirak edənlər ən maraqlı Qran-Prilər arasında Azərbaycandakı yarışı da qeyd ediblər.
Qeyd edək ki, Azərbaycan Qran-Prisi altıncı yerdə qərarlaşıb.
Fanatların daha çox marağını cəlb edən məqam həmin yarışda ilk döngəsindəcə iki finlandiyalı pilot – Valtteri Bottasla Kimi Raykkönenin toqquşma səhnəsi olub. Qırıntılara görə trasa təhlükəsizlik maşını girmişdi.
Səsvermədə sıralama bu formadadır:
10. Macarıstan Qran-Prisi (2014)
9. Bəhreyn Qran-Prisi (2014)
8. Avstraliya Qran-Prisi (2010)
7. Almaniya Qran-Prisi (2018)
6. Azərbaycan Qran-Prisi (2017)
5. Avropa Qran-Prisi (2012)
4. Braziliya Qran-Prisi (2012)
3. Braziliya Qran-Prisi (2019)
2. Kanada Qran-Prisi (2011)
1. Almaniya Qran-Prisi (2019)