Oxşar xəbərlər
Türkiyə Futbol Federasiyası (TFF) mövsümün ikinci yarısı üçün Superliqa klublarının iştirak ərizəsini açıqlayıb.
Məlumata əsasən, "Qalatasaray" iki əcnəbi futbolçusunun xidmətinə ehtiyac duymayıb.
Mərkəz müdafiəçisi Kristian Luyindama zədəli olduğu üçün iştirak ərizəsinə salınmayıbsa, cinah müdafiəçisi Yuto Naqatomo əcnəbi futbolçu sayı çoxluğundan bu aqibətlə üzləşib. Luyindamadan fərqli olaraq, Naqatomonun bundan sonra "cim-bom"un formasını geyinməyəcəyini indidən demək olar. Çünki müqavilə müddəti mövsümün sonuna qədər olan Yaponiya millisinin üzvünə yeni sözləşmə təklif edilməyəcək.
Qeyd edək ki, "Qalatasaray" mövsümün ikinci dövrəsi üçün 28 futbolçu sifariş edib.
asmedia.az