Teymur Rəcəbov tərəfdarlarına səsləndi - FOTO

8-03-2020, 23:35

Azərbaycanlı şahmatçı Teymur Rəcəbovun Yekaterinburq şəhərində keçiriləcək İddiaçılar Turnirində iştirakdan imtinası ilə bağlı yaranan anlaşılmazlıq bir müddət əvvəl idman ictimaiyyətinin diqqət mərkəzinə düşmüşdü. 
Şahmatçı imtinasının COVID-19 təhlükəsi ilə bağlı olduğunu bildirsə də, FIDE bu imtinanı şəxsi məsələ ilə əlaqələndirmişdi. 
Teymur öz açıqlamasında bildirmişdi: 
“Mən FIDE-yə turniri başqa tarixə keçirməsi təklifi ilə müraciət etmişəm. Lakin bu təklifimə rədd cavabı almışam”. 
Bu gün isə şahmatçı sosial şəbəkə hesabında onun fikrini anlayışla qarşılayan tərəfdarlarına müraciət edib: 
“Mən minlərlə dəstək mesajı aldım. Mən dünyanın müxtəlif yerlərindən olan həmvətənlərimlə, şahmat fanatları ilə, komanda yoldaşlarımla, dostlarımla və əlbəttə ki, ailəmlə fəxr edirəm. Çox sağ olun!”


İstifadəçi paneli