Oxşar xəbərlər
Bədii gimnastika üzrə Dünya Kubokunun Bakıda keçiriləcək mərhələsi təxirə salınıb.
Bunu Beynəlxalq Gimnastika Federasiyası (FİG) açıqlayıb.
Aprelin 24-26-da keçirilməli olan yarış koronavirus pandemiyası üzündən qeyri-müəyyən müddətdə təxirə salınıb: “COVİD-19-un yayılması ilə bağlı vəziyyət sürətlə dəyişir. Bu da bütün idman təşkilatlarının rəhbərliyi kimi FİG üçün problemdir. Federasiya vəziyyətin gedişini qarşıdakı yarışların təşkilatçıları ilə birlikdə diqqətlə izləyir”.
Qeyd edək ki, yarışın keçirilmə tarixi sonra dəqiqləşəcək.