Avropa Liqası: III təsnifat mərhələsi bir oyunla başlayacaq

23-09-2020, 06:55

Bu gün UEFA Avropa Liqasında III təsnifat mərhələsinə start veriləcək.
 
Ilk oyun günündə bir qarşılaşma keçiriləcək. Kiprdə "Apollon" klubu Polşa "Lex"ini qəbul edəcək. Cütün taleyi bir oyundan ibarət olduğu üçün qalib tərəf pley-off mərhələsinə yüksələcək. 
Cütün qalibi növbəti raundda "Şarlerua" (Belçika) / "Partizan" (Serbiya) duelinin güclüsü ilə üz-üzə gələcək. 
23 sentyabr
Avropa Liqası
III təsnifat mərhələsi

20:00. “Apollon” (Kipr) - “Lex” (Polşa)
Qeyd edək ki, Avropa Liqasında III təsnifat mərhələsinin digər oyunları sentyabrın 24-də gerçəkləşəcək. 


İstifadəçi paneli