Azərbaycan kubokunun başlama vaxtı dəqiqləşib

25-11-2019, 15:47

Futbol üzrə Azərbaycan kubokunda 1/8 final mərhələsinin oyun cədvəli müəyyənləşib. 
Apasport.az saytının məlumatına görə, bir oyundan ibarət olan mərhələnin görüşləri iki günü əhatə edəcək.
Turnirə dekabrın 3-də start veriləcək. Püşkatmaya uyğun olaraq “Qaradağ Lökbatan – Zirə” görüşü hər iki komandanın razılığı Premyer Liqa təmsilçisinin meydanında baş tutacaq. Bu matç “Zirə - Qaradağ Lökbatan” qarşılaşması kimi oynanılacaq. 
Qeyd edək ki, “Sabah” – “Ağsu” matçından başqa bütün oyunlar “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq. 
Azərbaycan kuboku
3 dekabr (çərşənbə axşamı)

“Keşlə” – “Kəpəz”
“ASCO Arena”, 15:00
4 dekabr (çərşənbə)
“Sabah” – “Ağsu”
“Bank Respublika Arena” (ehtiyat meydança), 15:00
“Zirə” – “Qaradağ Lökbatan”
Zirə İdman Kompleksinin stadionu, 14:00
“Sumqayıt” – “Zaqatala”
“Kapital Bank Arena”, 17:00


İstifadəçi paneli