"Bavariya" PSJ-nin sabiq hücumçusu ilə müqavilə imzaladı

5-10-2020, 18:30

Almaniyanın "Bavariya" klubu yeni transferini açıqlayıb. 
"asmedia.az" Münhem təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, ölkə çempionu son olaraq Fransa PSJ-sində çıxış etmiş Erik-Maksim Şupo-Motinqi heyətinə qatıb. 
31 yaşlı kamerunlu hücumçu azad agent kimi "Bavariya"ya keçib. Onunla 1+1 illik müqavilə imzalanıb. 
Qeyd edək ki, Erik-Maksim Şupo-Motinq 2018-ci ildən PSJ-də oynayıb. 


İstifadəçi paneli