Oxşar xəbərlər
Azərbaycan yığmasının Millətlər Liqasının qrup mərhələsində Kiprlə ev oyununun məkanı dəyişdirilib.
asmedia.az saytının məlumatına görə, oktyabrın 13-dəki qarşılaşma Albaniyada baş tutacaq.
Oyun Elbasan şəhərinin stadionunda keçiriləcək. Görüşün start fiti Bakı vaxtı ilə saat 20:00-da veriləcək.
UEFA-nın bu addımı atmasına səbəb Dağlıq Qarabağdakı hadisələr olub. Halbuki matçın Bakı Olimpiya Stadionunda oynanılması planlaşdırılırdı.
Qeyd edək ki, Azərbaycan – Kipr görüşünün Monteneqroda keçirilməsi ehtimalı da var idi. Yığmamız oktyabrın 10-da Podqoritsada məhz Monteneqronun qonağı olacaq.