Bakı Limanı gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

29-12-2019, 15:32

Bayram günlərində Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanı gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Bakı Dəniz Limanından "APA-Economics"ə verilən məlumata görə, qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı ilə əlaqədar qeyri-iş günlərində Bakı Limanının xidmətlərindən istifadə edən həm ağır yük sahibi TIR sürücülərinin, həm də sərnişinlərin sürətli keçidinin təmin edilməsi məqsədilə Ro-Ro və sərnişin terminalları gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.


İstifadəçi paneli