İlyas Əfəndiyev Beynəlxalq Fondu 2020-ci ilə yeni sosial layihələrlə qədəm qoyur

30-12-2019, 21:29

  Asmedia.az  bildirir ki,  bu gün bizim redaksiyamızın qonağı maliyyə eksperti, İlyas Əfəndiyev Beynəlxalq Fondunun icraçı direktoru Kamilla Əliyevadır.
Xoş gördük, Kamilla xanım. Təxminən bir ildir ki, İlyas Əfəndiyev Beynəlxalq Fondunun icraçı direktoru seçilməyiniz münasibətilə bizim mətbu orqanımıza müsahibə vermişdiniz. Çox yaxşı xatirəmizdədir ki, o zaman Fondun 2019-cu il üçün nəzərdə tutulan planlarından danışdınız. Maraqlıdır, onlardan hansıları həyata keçirilib?
- Qeyd etməliyəm ki, bir il əvvəl planlaşdırdığımız fəaliyyət və layihələrdən hazırda ayrı-ayrı xarici ölkələrdə filiallarımız vasitəsilə  fəal şəkildə konkret sosial-humanitar layihələrin işlənilməsi və təşviqi üzrə tədbirlər həyata keçirilir. Bu olduqca çətin, mürəkkəb və həyata keçirilməsi müəyyən zaman tələb edən sahədir. Çünki bu istiqamət maliyyə-investisiya texnologiyaları əsasında və fondrayzinqin innovativ modellərindən istifadə etməklə maliyyə mənbələrinin aktiv axtarışı və əlaqələndirilməsi ilə bağlıdır.




İstifadəçi paneli