Azərbaycanda elektrik enerjisi istehsalı artıb

2-01-2020, 22:27

2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycanda elektrik stansiyaları 21,9 milyard kilovat-saat elektrik enerjisi istehsal ediblər, bu isə 2018-ci ilin analoji dövrünün göstəricilərindən 4,2 faiz artıqdır.
Trend-in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, göstərilən dövrdə istehsal olunan elektrik enerjisinin 21,1 milyard kilovat-saatı əmtəə hesabına olub, bu isə 2018-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 4,5 faiz daha çoxdur.
Hesabat dövründə istehsal olunan elektrik enerjisinin ümumi həcmindən 19,5 milyard kilovat-saatı istilik elektrik stansiyalarının payına düşüb, bu isə 2018-ci ilin analoji dövrünün göstəricilərindən 5,6 faiz artıqdır.
Göstərilən dövrdə Azərbaycanın su elektrik stansiyaları 1,46 milyard kilovat-saat elektrik enerjisi istehsal ediblər (10,3 faiz azalma).


İstifadəçi paneli