Dünyanın ən ağıllı şəhərləri...

11-01-2020, 09:03

Sinqapur, Oslo və Sürix dünyanın ən ağıllı (texnoloji cəhətdən) şəhərlərinin siyahısının ilk pillələrində qərarlaşıblar.
 Asmedia.az xəbər verir ki, bu barədə “Lenta.ru” məlumat yayıb, Dünya Rəqabət qabiliyyətlilik Mərkəzinin (IMD) "Smart City" Rəsədxanası və Sinqapur Texnologiya və Dizayn Universitetinin  birgə araşdırması ilə təsbit edilib.
Bu onluğa, həmçinin, Cenevrə, Kopenhagen, Oklend, Taybey, Helsinki, Bilbao və Düsseldorf şəhərləri daxil edilib.
Qeyd edək ki, hesablamalarda əsasən səhiyyə, vətəndaşların təhlükəsizliyinin təminatı, mobillik (nəqliyyatın əlçatanlığı), ictimai aktivlik, imkanlar və şəhərin idarəedilməsi kimi göstəricilər nəzərə alınıb.


İstifadəçi paneli