Əmanətlərin Sığortalanması Fondu bu bankın kreditorlarına müraciət etdi

15-01-2020, 23:52

Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “Dəmirbank” ASC-nin kreditorlarına müraciət edib. 
Asmedia.az oxu.az-a istinadən xəbər verir ki, Fonddan bildirilir ki, növbəlilikdə sonuncu sırada olan təminatsız kreditorların tələblərinin ödənişi 23 yanvar 2020-ci ildən etibarən başlanacaq.
Tələblərin ödənişi nağdsız qaydada həyata keçiriləcək. 
Kreditorlardan xahiş olunur ki, tələblərin ödənişi ilə bağlı Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Babər prospekti, 16 ünvanında yerləşən binasına müvafiq sənədlərlə müraçiət edərək bank rekvizitlərini qeyd etsinlər.  
Əlavə məlumat almaq üçün (012) 596 65 91/92/93 nömrələri və qaynar xətlə (941) əlaqə yaratmaq olar.


İstifadəçi paneli