Bütün ictimai-iaşə müəssisələrində nəzarət-kassa aparatları quraşdırılacaq
16-01-2020, 14:12
Qeyd edək ki, əlavə dəyər vergisinin qaytarılması ilə bağlı əsasnamə yaxın bir ay ərzində hazır olacaq. Asmedia.az oxu--.az-a istinadən xəbər verir ki, bunu İqtisadiyyat nazirinin müavini İlkin Vəliyev deyib. İ.Vəliyevin sözlərinə görə, hər hansı texniki problem olmasa, fevral ayının 1-dək ƏDV-nin qaytarılması ilə bağlı əsasnamə hazırlanıb təqdim ediləcək. Nazir müavini onu da qeyd edib ki, 2021-ci ilə qədər bütün ictimai-iaşə müəssisələrində nəzarət-kassa aparatları quraşdırılacaq.