Oxşar xəbərlər
Rusiya Federasiyasının Novosibirsk vilayətinin biznes missiyası Azərbaycana səfər edəcək.
Asmedia.az xəbər verir ki, fevralın 5-8-də Bakıda Azərbaycan və Novosibirsk vilayətinin müəssisələri arasında iqtisadi əməkdaşlıq isiqamətində bir sıra işgüzar görüşlər keçiriləcək.Məlumata görə, Biznes missiyaya bölgənin sənaye və aqrosənaye kompleksinin aparıcı müəssisələri daxildir. Səfər çərçivəsində hökumət nümayəndələri, müvafiq təşkilatlar və işgüzar dairələrlə danışıqlar aparılacaq.
Bu tədbirlərin keçirilməsi Novosibirsk vilayətinin sənaye və investisiya potensialını təqdim etməyə, mövcud olanları möhkəmləndirməyə, yeni inteqrasiya əlaqələrini qurmağa və ticarət dövriyyəsinin artmasına imkan yaradacaq.