Nəhəng avtomobil istehsalçıları işçilərini Çindən geri çağırır
28-01-2020, 21:28
Nəhəng avtomobil istehsalçıları yayılmaqda olan koronavirus səbəbindən işçilərini Çindən geri çağırır və ölkədə ümumiyyətlə istehsalın dayandırılması nəzərdən keçiririlər.
Bununla bağlı Asmedia.az "Economics"in CNBC-yə istinadən verdiyi məlumata görə, ölkədə avtomobil istehsalı Çində qeyd olunan Yeni ili bayramı ərəfəsində (25 yanvar – red.) dayanmışdı. Bu həftə istehsala yenidən başlanılmalı idi ki, sözügedən proses hələ də bərpa olmayıb.
"Honda Motor" və "PSA Group" kimi nəhəng avtomobil istehsalçıları koronavirusun yayılmasının episentri olmuş Vuxan şəhərindən işçilərini geri çağırır. Bunda başqa, “Nissan” şirkəti də işçilərinin əksər hissəsini ailələri ilə birlikdə geri çağırmağı planlaşdırır.