Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsi 6% artıb

15-11-2019, 17:11

Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanın Avropa İttifaqı ölkələri ilə apardığı  ticarət dövriyyəsinin həcmi 11 140 mln. ABŞ dolları təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 632,3 mln. dollar və ya 6% çoxdur.
“APA-Economics” in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin on ayında ötən ilin analoji dövrü ilə müqayisədə ixracın həcmi 543,1 mln. dollar və ya 6,3% artaraq 9 155 mln. dollara, idxalın həcmi isə 78,3 mln. dollar və ya 4,7 artaraq 1 985 mln. dollara bərabər olub.
Hesabat dövründə 6 040,9 mln. dollarlıq müsbət ticarət saldosu yaranıb ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 143,2 mln. dollar və ya 2,4% çoxdu


İstifadəçi paneli