Kapital Bank koronavirusla mübarizəyə yarım milyon manat ayırdı

21-03-2020, 15:25

Kapital Bank korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq Koronavirusla (COVİD-19) Mübarizəyə Dəstək Fonduna vəsait ayırıb.
Kapital Bankdan bank, fondun hesabına virusla mübarizə məqsədilə 500 000 manat məbləğində vəsait köçürüb.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 19 mart tarixli sərəncamı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək
Fondunun manat və xarici valyutalarda rekvizitləri açıqlanıb. Bir sıra iri holdinq və şirkətlər kimi Kapital Bank da müəyyən məbləği, qeyd olunan hesaba köçürtməyi özünə borc bildi.
Qeyd edək ki, Kapital Bank Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) mikro, kiçik və orta sahibkarlara güzəştlər etmək çağırışına qoşulub. Virusun yaratdığı çətinlikləri nəzərə alaraq, sahibkarlara müxtəlif bank əməliyyatlarına güzəştlər tətbiq edilib. Artıq sahibkarlar Müştəri Bank vasitəsilə xarici ölkələrə olan köçürmələrini endirimli komissiyalarla icra edə bilirlər. Həmçinin də biznes kreditlərini tam komisiyyasız rəsmiləşdirilir.


İstifadəçi paneli