“Qarabağ müharibəsi veteranı” adı verilməsi vədi ilə dələduzluq edənlərin məhkəməsi başladı

30-12-2019, 21:09

Saxta əlillik dərəcəsi verilməsi və digər vədlərlə vətəndaşlara qarşı dələduzluqda və rüşvətə təhrikdə təqsirləndirilən Bəxtiyar İsmayılov və Mənzər Nəzərəliyevanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Asmedia.az  Oxu.azistinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası 2020-ci ilin yanvar ayının 10-na təyin edilib.
  Qeyd edək ki, cinayət işinin istintaqı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılıb. Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Daşkəsən rayon filialının sədri işləmiş  Bəxtiyar İsmayılovun ayrı-ayrı dövlət orqanlarında işə qəbul olunmaları, eləcə də “Qarabağ müharibəsi veteranı” adı verilməsi ilə bağlı vətəndaşları aldadıb onlara məxsus 14 min 700 manat pul vəsaitini ələ keçirməkdə təqsirləndirlir.


İstifadəçi paneli