Zəncirvari oğurluq edən keçmiş məhkum həbs olundu !
- Bakı şəhər Suraxanı rayonu ərazisində bir sıra oğurluq hadisələrini törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Asmedia.az bildirir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin verdiyi məlumata görə, ötən ilin aprel-noyabr ayları ərzində rayonun Əmircan, Suraxanı və Bülbülə qəsəbələrində zəncirvari oğurluq edən Suraxanı qəsəbə sakini, əvvəllər məhkum olunmuş B.Abdullayev Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.
O, Əmircan Suraxanı və Bülbülə qəsəbələrin ərazisində yerləşən neft quyusu, buruq və anbardan elektrik mühərriki, məişət əşyaları və təmir-tikinti alətləri, Ramana qəsəbəsinin ərazisində yol kənarındakı sahəyə quraşdırılmış 4200 manat dəyərində misdən hazırlanmış çətir altında olan uşaq fiquru, habelə 11 evdən kondisioner, kombi aparatı, təmir-tikinti alətləri və məişət əşyaları oğurlamaqda təqsirlli bilinir.
Hadisə ilə bağlı araşdırmalar aparılır.