Bakıda silahla gəzən keçmiş məhkum saxlanıldı !

3-01-2020, 10:25

  •  Binəqədi rayon Polis İdarəsi 43-cü Polis Bölməsinin əməkdaşları üzərində qanunsuz olaraq odlu silah-sursat və narkotik vasitə gəzdirən şəxsi saxlayıb.
  Asmedia.az Lent.az-ın verdiyi xəbərə istinadən Daxili İşlər Nazirliyindən verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı əvvəllər dəfələrlə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş "Rıjiy Tofiq"adı ilə tanınan paytaxt sakini Tofik Paşayev tutulub.
 Onun üzərinə baxış zamanı 1 ədəd "Makarov" konstruksiyalı atəşə yararlı tapança, 1 ədəd həmin silaha məxsus daraq, 5 ədəd patron və 1 büküm ümumi çəkisi 0, 529 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülüb. Faktla bağlı 43-cü Polis Bölməsində toplanan materiallar araşdırlması üçün Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.


İstifadəçi paneli