Bakıda kütləvi dava zamanı bir nəfər qətlə yetirildi.

5-01-2020, 19:11

Binəqədi rayonunda qətl hadisəsi baş verib.
Asmedia.az Oxu.Az istinadən  xəbər verir ki, hadisə 9-cu mikrorayonda Səttar Bəhlulzadə küçəsində qeydə alınıb.
Taksi sürücüsü 1985-ci il təvəllüdlü Əkbərov Ziyad Əfqan oğlu və 1988-ci il təvəllüdlü Anar Tağıyev naməlum şəxs tərəfindən bıçaqlanıblar.
Z.Əkbərov yaralı vəziyyətdə A.Tağıyevi özünə məxsus avtomobillə 1 saylı şəhər xəstəxanasına aparıb. Lakin A.Tağıyev avtomobildə çox qan itirdiyindən dünyasını dəyişib.
Z.Əkbərov isə ayağından bıçaqlandığı üçün cərrahi əməliyyat olunub.
Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin və Binəqədi Rayon Prokurorluğunun əməkdaşları hadisə yerinə baxış keçiriblər.
Hazırda araşdırma aparılır.


İstifadəçi paneli