Sumqayıtda yol polisinin ölümündə ittiham olunan sürücü haqqinda.....

7-01-2020, 10:40

Ali Məhkəmədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Albert Tahirovun barəsində olan bəraət hökmündən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protestinə baxılıb. 
 Bu haqda Asmedia.az bildirir ki, hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. 
 Qərara əsasən, Sumqayıt Apellyasiya Məhkəməsinin çıxardığı qərar ləğv edilib, işə yenidən baxılması üçün həmin məhkəməyə göndərilib. 
 Xatırladaq ki, hadisə 14 may 2018-ci ildə Sumqayıt şəhərində baş verib. A.Tahirovun idarə etdiyi avtomobil yol polisi əməkdaşı Bağırzadə Xəyyam Yusif oğlunun avtomobili ilə toqquşub. Nəticədə, X.Bağırzadə vəfat edib. 
 A.Tahirova Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə beş il məntəqə tipli cəza verilib. Sumqayıt Apellyasiya Məhkəməsi təqsirləndirilən şəxs barəsində birinci instansiya məhkəməsinin çıxardığı hökmü ləğv edib. Yeni hökmə əsasən, ona bəraət verilib. 


İstifadəçi paneli