Narkotik vasitə heroin aşkarlandı.

9-01-2020, 19:21

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bir kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
DİN Mətbuat Xidmətininn məlumata görə, Asmedia.az-a xəbər  verir ki, Astara RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə rayonun Kakalos kənd sakini Nəsir Suvarov 1 bükümdə narkotik vasitə marixuana və bir bükümdə narkotik vasitə heroini satarkən cinayət başında saxlanılıb. Saxlanıldıqdan sonra onun üzərinə keçirilən baxış zamanı satış məqsədilə üzərində gəzdirdiyi 5 qram narkotik vasitə qurudulmuş marixuana aşkarlanaraq götürülüb. Davam edən əməliyyat tədbirləri nəticəsində N.Suvarovun narkotik vasitəni həmkəndlisi Asəf Təhməzovdan əldə etdiyi müəyyən edilib və həmin şəxs saxlanılıb. Keçirilən baxış zamanı onun üzərindən bir bükümdə 0,182 qram, yaşadığı evdən isə bir bağlamada 1 kiloqram 50 qram narkotik vasitə heroin aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır


İstifadəçi paneli