36 yaşlı riyaziyyat müəllimi evində ölü tapıldı

18-11-2019, 17:59

Cəlilabadda evdən kişi meyiti aşkar edilib.
Asmedia.az “Qafqazinfo”ya istinadən məlumatına görə, hadisə rayonun Maşlıq kəndində qeydə alınıb.
Bekə ki, Nazim Alişanov adına Maşlıq kənd məktəbində riyaziyyat müəllimi işləyən, 1983-cü il təvəllüdlü Miriyev Zəfər Şirzaid oğlu yaşadığı mənzildə ölü tapılıb.
Ölümün səbəblərini müəyyən etmək üçün müvafiq ekspertizalar təyin edilib.
Faktla bağlı Cəlilabad rayon Prokurorluğunda araşdırma aparılır.


İstifadəçi paneli