Kafedə söyüş üstündə qətl törədən şəxsin məhkəməsi başlayır

19-11-2019, 04:28

Bakıda qətl törətməkdə təqsirləndirilən Turxan İsmayılovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
APA-nın məlumatına görə, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Samir Əliyevin icraatına verilib.
Qeyd edək ki, qətl bu il Binəqədi rayonu Mirmahmud Kazımovski küçəsi 8 ünvanında yerləşən kafedə baş verib. Saatlı rayon sakini, 43 yaşlı İsgəndərov Əflan Suvarağa oğlu qarın nahiyəsindən bıçaqlanaraq qətlə yetirilib. Hüquq-mühafizə orqanları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən Turxan İsmayılov saxlanılıb.  T. İsmayılov ilkin ifadəsində  Ə.İsgəndərov  onun yanında telefonla danışarkən söyüş söydüyünü üçün öldürdüyünü deyib.


İstifadəçi paneli