Türkiyədə əməliyyat: azərbaycanlı qadınlar tutuldu

19-11-2019, 04:45

Türkiyənin Dənizli şəhərində fəaliyyət göstərən əyləncə mərkəzlərində əməliyyat keçirilib.

Asmedia.az xəbər verir ki, virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, 12 ünvanda aparılan yoxlamalar nəticəsində iş icazəsi olmayan 17 əcnəbi qadın aşkar edilib. Onların Rusiya, Azərbaycan və Gürcüstan vətəndaşları olduğu bildirilir.

Qadınlar polis bölməsində sorğu-sual edilib. Həmin şəxslərin ölkədən deportasiya edilməsi ilə bağlı qərar verilib.


İstifadəçi paneli