Keçmiş məhkum 1 ton arpa oğurladı

22-11-2019, 18:22

Noyabrın 20-də Xızı rayonu ərazisindən avtomobil və 1 ton arpa oğurlanması barədə DİN-in “102” Zəng Mərkəzinə məlumat daxil olub.
Asmedia.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, müəyyən edilib ki, Şuraabad qəsəbəsində yaşayan T.Mirzəyevanın həyətindəki qarajdan qapının qıfılına açar seçmək yolu ilə “QAZ-31” markalı avtomobil və 1 ton arpa oğurlanıb.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində “QAZ-31” markalı avtomobil noyabrın 21-də Şorabad kəndi ərazisində tapılıb, oğurluğu törətməkdə şübhəli bilinən Xızı şəhər sakini, əvvəllər məhkum olunmuş S.Mirzəyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin götürülüb.


İstifadəçi paneli