Bakıda yük maşını körpüdən aşıb, ölənlər var - FOTO

22-11-2019, 18:25

Bakıda yük maşınının körpüdən aşması nəticəsində dünyasını dəyişən şəxslərin kimliyi məlum olub.
Asmedia.az xəbər verir ki, APA-nın məlumatına görə, onlar Masallı rayon sakinləri - 1990-cı il təvəllüdlü Əzim Ağabəy oğlu Məmmədov və 1992-ci il təvəllüdlü Xəzər İntiqam oğlu Hüseynovdur.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. 
***
Saat 16:32 
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
Asmedia.az xəbər verir ki,APA-nın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu, Xocəsən qəsəbəsində qeydə alınıb. “Shacman” markalı yük maşını körpüdən aşıb. Nəticədə yük maşınında olan iki nəfər ölüb.
Faktla bağlı araşdırma aparılır.


İstifadəçi paneli