BİNƏQƏDİ POLİSİNDƏKİ QULDUR DƏSTƏSİ VƏTƏNDAŞIN 10 mil.DOLLARLIQ ALMAZINI NECƏ ƏLƏ KEÇİRDİ?

29-05-2020, 16:12

Hazırda məhkumluq həyatı yaşayan, Cəbrayıl rayonundan olan məcburi köçkün Eyvazov Nahid Qədir oğlu Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatlara, səfirliklərə və bir nüsxəsi də ifadetv.com saytına etdyi müraciətdə bildirir ki, sifarişli qondarma cinayətlərin qurbanı olduğu üçün sizə ünvanladığım bir ailə faciəsini ictimailəşdirəsiniz. Yazıda qeyd edilənləri analiz etdikdə adam sadəcə dəhşətə gəlir və düşünürsən ki, doğrudanmı yaşadığımız XXI əsrdə hacı məmmədov tip qanqsterlərin davamçıları hələ də  at oynadır. Odur ki, N.Eyvazovun 6 səhifədn ibarət olan müraiciətinin qısa detallarını oxucuların diqqətinə çatdırırıq:
      “Minlərlə - dövlətsiz, hüquqsuz azərbaycanlılardan biri kimi 2002-ci ildən üzübəri Allahın verdiyi ləyaqətli Qəzavü-Qədəri deyil, hakimiyyət resurslu cinayətkar birliklərin düzənlədiyi repressiya-inkivizisiya bazar divarları arasında ömrümün gənclik illərini çürütməkdəyəm.
   20 may  2002-ci ildə Binəqədi rayon Polis İdarəsinin 5-ci  Polis Bölməsinin rəisi, Rasim Musayev və dəstəsi mülkiyyətimizə və əmlaklarımıza sahib olmaq məqsədilə aralarında miras payını bölə bilməyən və bu səbəbdən miras sahibinin həyat yoldaşını və qızını amansızcasına qətlə yetirmiş Bağırov qəbiləsilə cinayət əlaqəsinə girərək, 15 may 2002-ci il tarixdə baş vermiş qanlı olayı üzərimə çamurlamaqdan ötrü , ağbirçək anamı, 14 yaşlı qardaşımı, 4 aylıq hamilə həyat yoldaşıma zor tətbiq etməklə 5-ci Polis Bölməsinə gətirilmiş və gözlərimiz qarşısında hər birimizə qarşı qeyri-insani, ləyaqəti alçaldan davranış sərgiləyəmiş, nəticədə həyat yoldaşım körpəsini tələf etmiş, qardaşım və anam işgəncələrə tab gətirməyərək kliniki ölüm keçirmişlər. olis dəstəsi hamımızı öldürəcəklərini söyüşlə ifadə edərək qarşımıza şərt qoymuşlar:
  
 
Etibar etdiyimiz birinə satmaq üçün verdiyimiz , dəyəri 10 milyon  ABŞ dolları olan “Almaz”dan imtina edib, sertifikatıilə onlara pay etmək.

  • Bağırovların tamah məqsədilə qətlə yetirdiyi simsarları Sevinc Bağırovanın qətlini üzərimə götürmək.
  • Mən etmədiyim, törətmədiyim cinayəti üzərimə götürə bilməyəcəyimi və həmin günlərdə qaynatamın bağında həyat yoldşımla ziyafətdə olduğumuzu onlara şahid ifadəsi, video görüntü vasitəsilə sübut edəb biləcəyimi  və eyni zamanda “Almaz”-ın atamın mirası olduğunu izah edərkən , sonrakı situasiyadan xəbərim olmadı. Çünki bir neçə saatdan sonra paltarsız şəkildə qarşımda ağlayan həyat yoldaşım Tarverdiyeva Xəyalə Ağamusa qızını gördüm. O başından, kürəyindənaldığı təpik zərbəsindən təkcə 4 aylıq körpəsini deyil, eyni zamanda idrakını da itirmişdir. Və bu səbəblərdən polis formasında olan quldurların məkrli niyyətini – şərtlərini imzalamağa məcbur və məhkum idim.
  •  

  • Bu cür qəddar, qeyri-insani və insan ləyaqətini alçaldan vəhşiliklər analoji olaraq Xocalıda törədilmişdir. ..Düşünürəm ki, hacı məmmədov simvollu polis-hüquq mühafizə orqanlarında uzun müddətli kök salmış vampirlər Bizdən kimin qisasını alırlar?
  • Üzərimə çamurlamaq istədikləri Sevinc Bağırova qətlini zərəçəkmiş tərəfindən rədd edilib, caninin kimliyi istinad edilsə də cəza orqanlarının absurd bleflərini özünə hüquqi presedent hesab edənlər heç bir kompleks yaşamadı.
  •  
  • Xüsusi qeyd:   özünün də qeyd etdiyi kimi Nahid Eyvazov S.Bağırovanın qətlini ailəsinə qarşı törədilən zorakılıqların dayandırılması üçün qarşısına qoyulmuş 2 şərti imzlamağa məcbur edilmişdir. Nəticədə 14 il müddətinə həbs cəzasına məhkum edilmişdir. Atasından və babasından qalmış miras almazı da ( sertifikatı olan) tanımadığı adama “bağışlamağa” məcbur edilmişdir.
  •     14 illik həbs cəzasını bitir azadlığa çıxıdıqdan sonra mənə qarşı ruhuna, vicuduna sahib ola bilməyən transvist-hemoseksualist Hümbətzadə Elmir Rasim oğlunu mənə qarşı qoydular. Və nəticədə yenidən şər-böhtanla 11il 6 ay həbs cəzası verildi. Lakin E.R.Hümbətzadə sonradan “...Hüquq-mühafizə orqanlarına Reyestrdə 7 e – 23089 N-ilə 09 saylı Dövlət Notariat Kontorunda təsdiq etdirdiyi ərizəsində bildirir: “ Polis-prokurorluq orqnları təkcə Eyvazov Nahid Qədir oğluna qarşı deyil, istədikləri günahsız şəxsə qarşı məndən  və bizlərdən istifadə edirlər. Reallıqda belə bir hadisə baş verməmişdir. Eyvazov Nahidi tanımıram.”
  • Lakin buna baxmayaraq mənə sifarişlə 11 il 6 ay müddətində azadlıqadan məhrumetmə cəzasını verdirməyə müvəffəq oldular.
  • Odur ki, hökumət adından mənə və ailə üzvlərimə qarşı törədilmiş quldurluq cinayətinə, heç bir hüquqi əsas olmadan mülkiyyətimizi qəsb etmək, ələ keçirmək məqsədilə saxta ittihamlar təşkil etmiş və bu yolla ələ keçirilmiş dəyəri 10 milyon ABŞ doları olan miras payımız olan  “Almaz”ın qaytarılması üçün Beynəlxalq sferaların köməkliyi sayəsində qanuni tədbirlərin görülməsini, sonuncu saxta cəzadan azad olunmağıma yardımçı olasınız. Əvvəlcədən minnətdarlığımı bildirirəm.”
  •  
  •  
  • Ifadetv.com saytı məhkum Nahid Eyvazovun şikayətinin nə dərəcədə əsaslı olub olmamasını dəqiqləşdirmək üçün hazırda Sumqayıt şəhərində yaşayan anası Məhluqə xanımla əlaqə saladıq. O Nahidin yazdıqlarını təsdiqlədi və qeyd etdi ki, biz Cəbrayıl rayonundan qaçqın düşüdyümüz zaman Nahidin babasındn qalma almazı onun atası ( 3 il əvvəl dünyasını dəyişmişdir) gətirmişdir. Məqsədimiz də bu idi ki, evimiz-eşiyimiz ermənilərə qlsa da. Heç olmasa bu almazla müalicəyə, uşaqların oxumasına, bir ev tikib yaşamaq üçün nəzərdə tutulmuşdu. Nahid həmin almazı satmaq üçün  sertifik almışdır. Və necə oldusa elə o zamandan polislər bizdə almazın varlığından xəbət tutdular. Evimizi tar-mar etdilər. Almazın sertifikatını və ona aid olan nə vardısa polislər gəlib tapıb apardılar. Oğlum Nahidə də Sevincin ölüm işini boynuna götürməyə məcbur etdilər. Halbuki, həmin qadın miras üstündə öz əmilərilə qırğın davada idi. Nahidin bu ölüm işinə heç bir aidiyyatı olmamışdı. Elə ölənin sahibləri də Nahidin həbsinə etiraz etmişlər ki, bu şəxsin bu ölüm işinə dəxli yoxdur. 14 illik  məhkumluğu bitdikdən sonra istəmədilər ki, Nahid azadlığqda qalsın. Bilirdilər ki, dədə-baba mirası olan almazı tələb edə bilər. Odur ki, yenə Nahidə saxta və qurama cinayət işi açıb onu yenidən 11 il 6 ay həbs cəzası verdilər. Guya Nahid iki nəfərlə dalaşıbmış. Budur, oğlum indi də həbsdədir. İnanmıram ki, onu həbsdən sağ buraxalar. Nə qədər ki, həmin almazı qanunsuz olaraq talayıb aparan polislər sağdır onlar  İstəmirlər ki, Nahid azadlıqda olsun.

  • QEYD: Nahid Eyvazovun İnsan Haqları üzrə Avropa Konvensiyasının 34-cü və Məhkəmə Reqlamentinin 45 və 47-ci maddələrinə müvafiq olaraq 5 iyul 2005-ci il tarixində İnsan haqları üzrə Avropa Məhkməsinə etdiyi şikayət 3662105 N-si üzrə qeydiyyatdan keçmişdir.

  • İfadetv.com olaraq qarşı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq. Və inanırıq ki, yeni təyin olunmuş Daxili İşlər naziri cənab Vilayət Eyvazov məsələnin araşdırılmasına, dəyəri 10 mil. ABŞ dolları olan almazın hazırda harada olmasına, Nahid Eyvazovun nə dərəcədə saxta ittihamlarala həbs olunmasına göstəriş verən sifarişçilərin kimliklərinə tezliklə aydınlıq gətirəcək və polis adına ləkə gətirən dəstə üzvlərinin tezliklə ifşa edilməsi istiqamətində zəruri tədbirlərin görülməsinə göstəriş verəcəkdir.


İstifadəçi paneli