Şəhid anaları şərt qarşısında.

6-06-2020, 00:48

Şəhid anaları şərt qarşısında.

Prezidentə qarşı çıxan cəsarətli məmur kimdir?

Son günlər Şəhid Analarına qarşı start verilən revanşlar zindana qədər gedib çatmışdır. Şəhid Orucov Füzuli Ocaqverdi oğlunun övladı, Azərbaycan Respublikası CM-nin 29.120-ci maddəsilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Elvin Orucluya qarşı cəza çəkdiyi Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1saylı CÇM-nin əməliyyat və rejim üzrə rəis müavini, Azərbaycan Beynəlxalq Universitetin məzunu, zonlarda “Talış Muğan Respublikasının” Lideri kimi ad çıxarmış Çingiz Hadıyev tərəfindən əli-qolu qandallanaraq döyülməsi faktı üzrə Anası Fazilə Orucovanın Prezident Cənab İlham Əliyevə, Vitse-Prezident Xanım Mehriban Əliyevaya, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Cənab Əli Nağıyevə, Baş Prokuror Cənab Kamran Əliyevə, Müstəqil Media Qurumlarına etdiyi “şikayət” bumeranq yaşatmaqdadır?!

 Belə ki, bu gün Elvin Orucluya sovqat aparan Anası Fazilə Orucovanın qarşısını kəsən 1 saylı C.Ç.M-nin rəisi, ədliyyə polkovnik -leytenantı Həsənov Emin Ədalət oğlu bildirir ki: “ dövlət orqanlarına yazdığınız bütün şikayətlər araşdırılması üçün mənim üzərimə göndərilib. Əgər Siz və oğlunuz şikayətlərinizdən yazılı şəkildə imtina etməsəniz Elvin Oruclunun torbasını tikib, “krıtıya” (Qobustan həbsxanası) göndərəcəm”. 

Fazilə xanım Orucova: Ola bilməz ki, Mənim həmin ünvanlara göndərdiyim şikayət qanunlara və mənəviyyata qarşı ciddi təhlükə yaradan sizə göndərilsin.

Hörmətli Cənab Prezidentimiz son dövrlər dəfələrlə xalqa müraciətində bildirmişdir ki, artıq Prezident Administrasiyasında ciddi kadr dəyişiklikləri etmişəm. Əvvəlkindən fərqli olaraq indi şikayət məktubları araşdırılması üçün barəsində şikayət olunan məmurun üzərinə göndərilmir...?!

Görünür Hörmətli Cənab Prezidentimizi hələ də aldadanlar və yalan satanlar var. 

Qeyd edək ki, Elvin Orucluya qarşı həyata keçirilən təxribatın kökündə narkotikaya qarşı apardığı mübarizə durur.

 Çünki o, rəis müavini Çingiz Hadıyevin həmyerlisi və simsarı narkobaron Zaur Nəsirova etiraz etmiş və aralarında ciddi münaqişə olmuşdur. Elvin Oruclunun mövqeyi paqonlu narkobaronların xoşuna gəlmədiyindən, ona fiziki, mənəvi, cismani işgəncələr vermişlər. 

Əslən Lerik rayonundan olan Zaur Nəsirov Elvinə qədər bir neçə Sumqayıt əhlindən olan şəxslərlə əlbəyaxa dava etmişdir. Dəfələrlə gözdən pərdə asmaq məqsədilə karserə ezam edilən Zaur Nəsirov Qobustan Həbsxanasına göndəriləcək ən real, potensial namizəddir. Ancaq o, hələ də uyuşdurucu qəbul edib, bütün qanundan kənar imtiyazlarla yüklənmişdir.

Fazilə xanımın müraciətində diqqət çəkən əsas məqamlardan biri də ondan ibarətdir ki, müəssisənin rəis heyəti bilərəkdən və qəsdən Elvin Orucluya problem yaşadan Zaur Nəsirlini onunla eyni otaqda, eyni kupedə üz-üzə çarpayıda yatırtmalarıdır.

Əldə etdiyimiz səhih məlumata əsasən, 1 saylı C.Ç.M-də Dövlət və qanun Emin Həsənovdur. Çünki o, xoşu gəlməyən əməkdaşı yanından itirir, məhkumu isə döydürməkdə, həbsxanaya ezam etdirməkdə heç bir çətinliyi yoxdur.

Xüsusilə, Nizami rayon Məhkəməsi-hakim Əhmədov Rauf Tağı oğlu şəxsi müstəvidə münasibətləri iftira krujevalarının başa çatmasında kart-blanş rolunu oynayır. 

Komendaturadan birbaşa ölkənin 1 nömrəli C.Ç.M-nə təyin edilən Emin Həsənov eyni zamanda güclü alverçidir. Müəsissənin hər qarışı onun pul gətirən obyektidir. Hətta ləğv etdiyi kitabxananın yerində belə saatı 2 manatdan porno filmlər nümayiş etdirir. Ərazidə olan bütün ağacların kökü kəsilərək, təndirə qalanmaqdadır. Rüsvayçılıq tandemlərindən, bu qədər qanunsuzluqların fövqündə nəzarətedici orqanların vəkillik etməsi düşündürücüdür.                ASMEDİA.AZ    




Mehriban Əliyeva


İstifadəçi paneli