Gəncədə yataqxanada yanğın olub, 3 nəfər təxliyə edilib

24-11-2019, 21:09

Gəncədə yataqxana binasında yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Asmediaverilən məlumata görə, Gəncə şəhərinin Kəpəz rayonunda beşmərtəbəli yataqxana binasının beşinci mərtəbəsində, ümumi sahəsi 41 m² olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 16 m² sahədə yanıb. Yanğın zamanı 1 nəfər xəsarət alıb, 3 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib. Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


İstifadəçi paneli