Eldar Mahmudovun əmisi oğlu azadlığa çıxdı

29-11-2019, 06:43

Bu gün keçmiş Milli təhlükəsizlik naziri Eldar Mahmudovun köməkçisi və əmisi oğlu Vüqar Mahmudov azadlığa çıxıb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin hökmü ilə V.Mahmudova 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası verilib. Onun 2 il həbsdə qalması nəzərə alaraq, məhkəmə zalından azadlığa buraxılıb.
Zərərçəkmişlərə dəyən ziyanın ödənilməsi üçün V.Mahmudovun əmlakı müsadirə olunub.
V.Mahmudova hədə-qorxu ilə tələb etmə, cinayət yoluyla əldə edilmiş vəsaitlərin leqallaşdırılması və əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma ittihamları üzrə bəraət verilib. Vəzifə saxtakarlığı ittihamı üzər cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün ona cəza təyin olunmayıb. Mənimsəmə, hakimiyyətdən sui-istifadə etmə və hakimiyyət həddini aşma maddələri üzrə isə sanskiyanın ən aşağı həddindən də aşağı cəza təyin edilib.


İstifadəçi paneli