“KamAZ”la 9 yaşlı uşağı vurub öldürdü

25-12-2019, 16:22

Binəqədi rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Asmedia.az xəbər verir ki, qəza dekabrın 24-də saat 15 radələrində qeydə alınıb. 
Sumqayıt şəhər sakini Q.Məhərrəmov idarə etdiyi “KamAZ” markalı avtomobillə yolu keçən qəsəbə sakini 9 yaşlı Əkbər Şirəliyevi vurub.
Nəticədə azyaşlı aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Binəqədi RPİ tərəfindən araşdırma aparılır.


İstifadəçi paneli