Xose Bernardo xəstəxanadan evə buraxılıb, onunla birgə daha bir nəfər bıçaqlanıb

11-11-2019, 06:46

Bıçaq yarası ilə xəstəxanaya çatdırılan aparıcı Xose Bernardo ambulator müalicə üçün xəstəxanadan evə buraxılıb.

Asmedia.az-ın APA-ya istinadən məlumatına görə, onun onun vəziyyəti qənaətbəxş olub.

Qeyd edək ki, X.Bernardo ilə birgə paytaxt sakini, 1988-ci il təvəllüdlü Rafael Hüseynov da bıçaq xəsarətləri alıb. R.Hüseynova çoxsaylı bıçaq xəsarətləri yetirilib və hazırda vəziyyəti ağır olduğundan 3 saylı Şəhər Klinik Xəstəxanasının Cərrahiyyə şöbəsində müalicəsini davam etdirir.
Hər iki yaralının eyni hadisə zamanı bıçaqlandığı bildirilir.

***
01:14
Bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilən Xose Bernardonun vəziyyəti orta ağırdır.
Bu barədə xəstəxananın həkimləri bildirib.
Bildirilib ki, xəstəxanaya sağ saidin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə gətirilən Bernardo cərrahi əməliyyt olunub.
İnsident isə Pirallahıda yerləşən restoranların birində qeydə alınıb.

***

Saat 00:32
Bakının Pirallahı rayonunda bıçaqlanma hadisəsi baş verib.
Hadisə zamanı 1989-cu il təvəllüdlü Bernardo Xose Pabloviç tanıdığı şəxslər tərəfindən bıçaqlanıb.
Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, Azərbaycan vətəndaşı olan Xose Bernardo uzun müddət televiziya proqramlarında, şou-proqramlarında aparıcılıq edib. Hadisənin hansı şəraitdə baş verdiyi isə hələlik məlum deyil.


İstifadəçi paneli