Finlandiyada alimlər “havadan” qida almağı kəşf etdilər.

10-01-2020, 12:27

Finlandiyada alimlər torpaq bakteriyalarından zülal almağın yolunu tapıblar.
Bu barədə Asmedia.az xəbər verir ki, BBC məlumatına görə, bunun üçün bakteriyaları hidrogenlə qıdalandırırlar, hidrogeni isə suyun parçalanması nəticəsində alırlar.
Bakteriyalardan alınan zülal dadsız ağ toza bənzəyir.
Tədqiqatçıların fikrincə alınan toz qida məmulatlarına əlavə kimi də istifadə oluna bilər. Məsələn o palma yağını əvəz edə bilər.
Layihə artıq 5,5 milyon avro (10,4 milyon manat) investisiya cəlb edə bilib.


İstifadəçi paneli