Oxşar xəbərlər
“WhatsApp” mesenceri “Windows Phone” əməliyyat sistemli və Android və İOS-un köhnəlmiş versiyaları ilə çalışan qurğularda işləməyəcək. Bu barədə “Daily Mail” yazıb. “Windows Phone”da ismarıc mübadiləsi servisi 2019-cu il dekabrın 31-də fəaliyyətini dayandıracaq. Android 2.3.7 və İOS 8-dən sonrakı əməliyyat sistemlərində mesencer 2020-ci il fevralın 1-dən dəstəklənməyəcək. Bununla da milyonlarla istifadəçi “WhatsApp”sız qalacaq.