Oxşar xəbərlər
Bəzi valideynlərdə koronavirus aşkarlansa da, övladlarını məktəbə göndərirlər.
asmedia.az-ın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə bildirib. “Bu, sonradan sinifin 14 günlük bağlanmasına səbəb olur. Bunu etməmək olar, məsuliyyətli olmaq, qaydalara əməl etmək lazımdır".
O qeyd edib ki, pandemiya ilə əlaqədar dörd-səkkiz həftədən sonra nə olacağı barədə məlumatlar vermək mümkün deyil: "Ona görə iki həftədən sonra məktəb olmayacağı barədə fikirlər əsaslı olmalıdır, çünki təşviş yaradır. Vəziyyəti mürəkkəbləşdirməyə ehtiyac yoxdur”.