Daha 9 şagirddə koronavirus aşkarlandı - RƏSMİ

1-10-2020, 18:30

Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb.

Nazirlikdən asmedia.az-a daxil olan məlumata görə, 25 şagirdin hərarəti 37 dərəcədən yuxarı olub.
İşçi heyətindən hərarəti yüksək olan olmayıb. Daha 9 şagird və 8 işçidə koronavirus aşkarlanıb.
Distant təhsilə keçmiş siniflərin sayı 3-dür.
İndiyə qədər ölkə üzrə bir məktəb, 22 sinifdə tədris dayandırılıb və distant təhsilə keçirilib.


İstifadəçi paneli