Dostları Avstarliyalı Endryu Zedi "möcüzə" adlandırır.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, 41 yaşlı kişi bir neçə il öncə qeyri-düzgün qidalanma nəticəsində hədsiz dərəcədə kökələrək, 320 kiloqrama çatır. Belə ki, arvadından boşanan, işini itirən Zed tək çarəni yeməkdə görür. Passiv həyat tərzi də onun çəkisinin daha da artmasına səbəb olur.
Lakin bu vəziyyət həkimin ona yatağa bağlı yaşayacağını dediyi gündən dəyişir. Xüsusi pəhriz proqramı sayəsində 265 kiloqramadək arıqlayan kişi daha sonra mədə kiçiltmə əməliyyatı etdirir. O, cəmi bir il ərzində 200 kiloqram arıqlayır. Hədəfinin 85 kiloqram olduğunu deyən Zed özünə yeni sevgili də tapıb. O, hədəf çəkisinə çatdıqdan sonra plastik əməliyyatla sallanan dəriləri də kəsdirəcəyini deyib.