Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev Əbdürrəhim bəy Haqverdiyevin 150
illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.
Bu barədə Asmedia.az xəbər verir ki, Sərəncama əsasən, Mədəniyyət Nazirliyi
Xarici İşlər Nazirliyi, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə
birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, böyük ədib
Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinə dair tədbirlər planı hazırlayıb
həyata keçirəcək.
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.