Müslüm Maqomayevə həsr edilən filmin treyleri yayılıb

26-02-2020, 21:59

Dünya şöhrətli azərbaycanlı ifaçı, SSRİ Xalq artisti Müslüm Maqomayevə həsr edilən səkkiz seriyalı bədii film Rusiyada 2020-ci ildə izləyicilərin səbirsizliklə gözlədiyi filmlər sırasında ilk yerlərdən birində qərarlaşıb.
Vokrug.tv xəbər verir ki, filmdə Müslüm Maqomayevi serbiyalı aktyor Miloş Bikoviç, ifaçının həyat yoldaşı Tamara Sinyavskayanı isə rusiyalı aktrisa - "Miss Russia-2010” gözəllik müsabiqəsinin qalibi İrina Antonenko canlandırıb.
Film Rusiyanın “Birinci kanal”ının sifarişi ilə çəkilib. Filmin yaxın zamanlarda yayımlanacağı elan edilsə də, dəqiq tarix haqqında məlumat verilmir.asmedia.az
   



İstifadəçi paneli