Eurovision 2020” loqosu və iştirakçıları bəlli olub

3-01-2020, 20:31

 Niderlandın Rotterdam şəhərindəki “Ahoy Arena”da keçiriləcək “Eurovision 2020” mahnı müsabiqəsinin loqosu artıq hazırdır.
Asmedia.az xəbər verir ki, müsabiqədə eyni zamanda  çıxış edəcək bəzi ölkələrin və iştirakçıların da adları məlum olub.
Ölkə təmsilçilərinin siyahısını təqdim edirik:
Albaniya – Arilena Ara
İspaniya – Blas Kanto
Belçika – “Hooverphonic” qrupu
Bolqarıstan – Viktoriya
Kipr – Sandro
Avstriya – Vinsent Bueno
Gürcüstan – Tornike Kipiani
Qeyd edək ki, yarışmanın yarımfinalları mayın 12-də və 14-də, final isə mayın 16-da baş tutacaq.
Xatırladaq ki, ötən il müsabiqədə Niderlandı təmsil edən Dunkan Laurens "Arcade" mahnısı ilə 492 səs toplayaraq, birinci olmuşdu.


İstifadəçi paneli